Ağ Evin saytından bu yazını sildilər

07.03.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Ukrayna ilə təhlükəsizlik müqaviləsi olan səhifə Ağ Evin saytından silinib.

AzPost xəbər verir ki, bu barədə “Strana.ua” teleqram kanalı məlumat yayıb.

Ukrayna ilə 10 illik müqaviləni 2024-cü ildə ABŞ-nin keçmiş Prezidenti Co Bayden imzalayıb. Vaşinqtonun Ukraynaya silah verməyi öhdəsinə götürdüyü sənəd Konqresin ratifikasiyasını tələb etmir və istənilən vaxt dövlət başçısı tərəfindən ləğv edilə bilər.

İndi səhifəyə keçmək istəyəndə “404 xətası” göstərilir.

Lakin ABŞ Prezidenti Donald Trampın müqaviləni ləğv etdiyinə dair heç bir rəsmi təsdiq yoxdur. (Qafqazinfo)

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью