Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tramp administrasiyası Ağ Ev ərazisindəki tikinti layihələrinə ən azı 900 milyon dollar xərcləməyi planlaşdırır və xərclərin əsas hissəsi vergi ödəyicilərinin üzərinə düşür.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.
Qəzetin məlumatına görə, planlaşdırılan işlərin ümumi dəyəri ən azı 927 milyon dollar olacaq. Layihələrə Ağ Evin Şərq Qanadında bal zalının, vertolyot meydançasının və yeni ziyarətçi təhlükəsizlik mərkəzinin tikintisi, eləcə də Lafayette Meydanının modernləşdirilməsi daxildir.
Nəşrin məlumatına görə, administrasiya Konqresdən birbaşa maliyyələşdirmə tələb etməyib, əksinə onu digər departamentlərin vəsaitlərindən və özəl ianələrdən formalaşdırıb.