Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
ABŞ-nin Məxfi Xidmətinin əməkdaşları ölkə ərazisində qanunsuz gəzən və Prezident Donald Trampı öldürməklə hədələyən Venesuela vətəndaşını Ağ Evin yaxınlığında saxlayıblar.
AZXEBER.COM-un "Fox News"a istinadən xəbərinə görə, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Hadisə noyabrın 5-də axşam baş verib. Kişi Konstitusiya prospektində dayanan avromaşında olarkən Məxfi Xidmətin əməkdaşları onun şübhəli davranışına diqqət yetiriblər.
Agentlər avtomobilə yaxınlaşanda kişi beynindəki səslərin ona Vaşinqtona gedib Amerika Prezidentini öldürməyi əmr etdiyini bildirib.
Avtomaşında aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silah və sursat aşkarlayıblar.