Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

13.10.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağ Evin yeni mətbuat katibi Keti Zaxariya ilk brifinqindən sonra vəzifəsindən azad edilə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 

Telekanalın məlumatına görə, Zaxariyanın jurnalistlər qarşısında çıxışı Donald Tramp administrasiyasının bir sıra əməkdaşlarının narazılığına səbəb olub. Onlardan biri brifinqi “dəhşətli” adlandırıb.


Zaxariya jurnalistlər qarşısında cəmi 15 dəqiqə çıxış edib və bunun yalnız 5 dəqiqə yarımını suallara ayırıb. Bu müddət ərzində o, cəmi üç jurnalistin sualını cavablandırıb.
Müqayisə üçün qeyd edək ki, onun sələfi Kerolayn Leavittin keçirdiyi brifinqlər orta hesabla 45 dəqiqə davam edirdi.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью