Ağ evlə Ər Riyad arasında 100 milyardlıq sövdələşmə olub

25.04.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Səudiyyə Ərəbistanı ABŞ-dan ən müasir silahları almağa hazırlaşır.
Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” özəl mənbələrinə istinadla məlumat yayıb. Bu barədə Donald Trampın krallığa gözlənilən rəsmi səfəri zamanı dəqiq açıqlama verilə bilər.
ABŞ liderinin Ər-Riyada 100 milyard dollarlıq silah almağı təklif edəcəyi gözlənilir. Qeyd olunur ki, müqavilələr çərçivəsində “Lockheed Martin Corporation” Səudiyyə Ərəbistanına C-130 hərbi-nəqliyyat təyyarələri verə bilər. Eləcə də Ər-Riyadın son illər yaxından maraqlandığı “F-35” qırıcı təyyarələrinin də müzakirə mövzusu olması mümkündür.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью