Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyada məşhur amerikalı minimalist rəssam Robert Riemannın boş ağ kətana bənzəyən rəsm əsəri hərraca çıxarılıb.
Bu barədə "The New York Post" xəbər yayıb.Reyting.az bildirir ki, Riemannın "General 52″x 52″" adlanan əl işinin hərrac çəkicinin altında çox yüksək qiymətə satılacağı gözlənilir.
Qeyd edək ki, Amerikadan olan məşhur sənətçi Robert Riemannını çoxları ağ boya ilə çəkilən rəsmlərin müəllifi kimi tanıyır.
Rəssamın qeyri-adi "52″ x 52″" adlı rəsm əsəri 1970-ci ildə çəkilib və bir az tünd çərçivədə tamamilə ağ rəngli kətan kimi görünür.
Əsər qeyri-ənənəvi üsulla, yəni metal üçün nəzərdə tutulmuş ağ emaye boyalarından istifadə etməklə yaradılıb.
Pambıq kətana tətbiq olunan bu boyalar illər keçdikcə elə incəlib.Çoxdandır sərgilənməyən əsər nəhayət ki, hərracdakılar tərəfindən diqqət cəlb edib.
Onlar Riemannın əsəri üçün minimum 1,4 milyon avro gəlir əldə edəcəklərini gözləyirlər."Ağ - heç də həmişə ağ rəng deyil.