Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda "Ağ şəhər" ərazisində ağac kəsilməsi faktı üzrə cinayət işi açılıb.
Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aidiyyəti üzrə ekspertizalar təyin edilib.