Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu 8 maşına zərər dəydi Video

22.08.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “OUD Baku” restoranının qarşısında 8 avtomobil toqquşub. Nəticədə, “Porsche”, “Range Rover”, 2 ədəd “BMW” və digər markalı avtomobillərə ciddi zərər dəyib.

Bildirilib ki, hadisəyə idarəetmədən çıxan “BMW” markalı avtomobil səbəb olub.

Qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью