Ağ Şəhərdə motosikletçi ağır qəza törətdi

08.12.2024

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bakının Xətai rayonunda yol qəzası zamanı gənc oğlan sınıq xəsarətləri alıb.

Milli.Az xəbər verir ki, hadisə "Ağ Şəhər" ərazisində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Məmmədov Nihad Odtəkin oğlu motosikletə nəzarəti itirirək onu aşırıb.

Nəticədə o bədənin müxtəlif nahiyyələrindən sınıq xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью