Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında yeni kafe açılır

05.11.2026

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“The House Cafe”nin Bakı Ağ Şəhərdə, Fəvvarələr Meydanı Passajında yeni filialı açılacaq.

Marja.az xəbər verir ki, yeni məkanın şüşələrində brendin loqosu, “Tezliklə burada” və “Opening soon” yazıları yerləşdirilib. Filialın dəqiq açılış tarixi hələ açıqlanmayıb.

Brendin Instagram profilində hazırda iki filialın ünvanı göstərilir. Bunlardan biri “Port Baku Mall” ticarət mərkəzinin üçüncü mərtəbəsində, digəri isə şəhərin mərkəzində, Fəvvarələr meydanı yaxınlığında, Tərlan Əliyarbəyov küçəsi 14 ünvanında yerləşir.

Profil məlumatlarına əsasən, “Port Baku Mall” filialı saat 10:00–22:00, Tərlan Əliyarbəyov küçəsindəki filial isə saat 09:00–00:00 aralığında fəaliyyət göstərir. Ağ Şəhərdəki yeni məkan brendin Bakıdakı filial şəbəkəsini genişləndirəcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью