Ağ sirkənin digərlərindən fərqi nədir?

07.06.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağ sirkə həm qidalanmada, həm də ev təmizliyində geniş istifadə olunan təbii məhsullardan biridir.
Demokrat.az xəbər verir ki, taxıl spirtinin fermentasiyası nəticəsində əldə edilən ağ sirkə rəngsiz görünüşü və yüksək turşuluğu ilə seçilir. Mütəxəssislər bildirirlər ki, o, alma və üzüm sirkəsindən fərqli olaraq meyvə ətri daşımır və istifadə olunduğu səthlərdə ləkə qoymur.
Ağ sirkədən turşuların hazırlanmasında, tərəvəzlərin yuyulmasında və müxtəlif sousların hazırlanmasında istifadə edilir. Eyni zamanda şüşə, güzgü, kran və məişət texnikalarında yaranan ərpin təmizlənməsində də effektiv vasitə hesab olunur.
Bununla yanaşı, ağ sirkə soyuducu və zibil qablarında yaranan xoşagəlməz qoxuların aradan qaldırılmasına kömək edir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, güclü turşuluğa malik olduğu üçün ağ sirkə qranit, mərmər kimi təbii daş səthlərdə və bəzi elektron cihazların ekranlarında istifadə edilməməlidir.
Aytən
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью