Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib

25.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Bakı şəhəri, Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sosial şəbəkədə məlumat yayıb.

“Nərimanov rayonu, Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib. Ağa Nemətulla – Çaykovski – Orucəliyev küçələri istiqamətində sürücülər sağa hərəkət edərək Heydər Əliyev prospektinə çıxa bilərlər”, – agentliyin paylaşımında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl agentlik 62, 217 və 569 nömrəli avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən etdiyini açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью