Ağac evin üzərinə aşdı İcra Hakimiyyəti susur VİDEO

05.02.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Güclü küləkli hava şəraiti paytaxtda müxtəlif təhlükəli vəziyyətlər yaradıb. Son günlər küləyin sürətinin artması nəticəsində ağacların aşması, ətraf mühitə və yaşayış obyektlərinə ziyan vurması halları tez-tez müşahidə olunur. Bu cür hadisələr həm sakinlər üçün risk yaradır, həm də şəhər infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Avtosfer.az xəbər verir ki, belə hadisələrdən biri də paytaxtın Xətai rayonu, Babək prospekti 70 ünvanında baş verib. Belə ki, güclü küləyin təsiri nəticəsində hündür ağac aşaraq yaşayış evinin üzərinə düşüb. Hadisə ərazidə çətinlik yaradıb, eyni zamanda təhlükə riskinin artmasına səbəb olub.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, sorğumuza cavab verilmədi.

Nurcan Babək

Oxunub 52

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью