Ağaca çırpılan avtomobil ikiyə bölündü ANBAAN VİDEO

23.01.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Hadisə səhər saat 09:00 radələrində Hatayda Ərzin-Dörtyol avtomobil yolunun Ərzin rayonu, Bahçelievlər məhəlləsində baş verib. 

News24.az xəbər verir ki, Kadir E.-nin idarə etdiyi “Fiat Tofaş” markalı, 31 ANB 208 dövlət nömrə nişanlı avtomobil sürücünün sükanı itirməsi nəticəsində yol kənarındakı palma ağacına çırpılıb. 

Zərbənin təsirindən ikiyə bölünən avtomobilin sürücüsü xəsarət alıb.

Xəbərdarlıq üzərinə bölgəyə sağlamlıq, xilasetmə və jandarma qrupları sövq edilib. 

İki yerə bölünən avtomobildə yüngül xəsarət alan Ərdəm təcili yardımla xəstəxanaya aparılıb. Erdemin sağ ayağında çat və çənəsində kiçik yarığın olduğu bildirilib.

Məryəm İlhamqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью