Ağacan Abiyevin vəziyyəti pisləşdi Xəstəxanaya aparıldı

20.11.2024

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabiq deputat və rektor Ağacan Abiyevin vəziyyəti pisləşib.

Hurriyyet.az xəbər verir ki, o, paytaxtda yerləşən xəstəxanaların birində həkim qəbulunda olub, kompleks müayinələrdən keçib.

Sabiq deputatın ağciyər tənəffüs sistemində problem aşkarlanıb.

Müayinələrdən sonra yüksək hərarəti olan Ağacan Abiyevə müalicə yazılıb.

O, açıqlamasında faktı təsdiqləyib:  "Çox pis virus yayılıb. Həkim müayinəsində keçmişəm. Mənə dərmanlar yazılıb, hazırda Bülbülədəki evimdə müalicə alıram. Başa düşürəm hamının problemləri var. Köhnə dostlarımdan bəzilərini çıxmaq şərtiylə heç kəs mənim vəziyyətimlə maraqlanmır. Axırıncı dəfə Hacıbala Abutalıbov zəng etmişdi, onunla danışmışam". 

Qeyd edək ki, Ağacan Abiyev uzun illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı olub.

Manset.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью