Icma.az bildirir, Axsham.az portalına istinadən.
Keniyadan olan ekoloji fəal Trufena Mutoni adlı qız bir ağacı fasiləsiz olaraq 72 saat qucaqlamaqla "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Axşam.az xəbər verir ki, bu barədə rekordlar kitabının rəsmi saytında məlumat verilib.
22 yaşlı fəal üç gün ərzində ağacı qucaqlayaraq dayanıb. O, bu addımı ilə təbiətin qorunmasının vacibliyinə diqqət çəkmək istəyib. Mutoni əvvəlki rekordu – 50 saatdan bir qədər çox olan nəticəni geridə qoyub.
Qeyd edək ki, Trufena Mutoni ilk dəfə deyil ki, dünya rekordu müəyyənləşdirir. O, 2025-ci ilin fevral ayında da ağacı 48 saat qucaqlayaraq rekordçu olmuşdu. Lakin sonradan Qanadan olan Frederik Boakye bu göstəricini keçmişdi.