Ağacın arxasında qalan işıqfor sürücüləri 3 bal və 100 manat cərimələndirir VİDEO

28.07.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bibiheybət yolunda yerləşən işıqfor sürücülər üçün görünməz haldadır.

Bu barədə ərazidən keçən sürücülərdən biri sosial şəbəkədə paylaşdığı videoda bildirib. Kadrlardan görünür ki, işıqfor ağacın budaqları arasında qaldığından sürücülər üçün görünmə məsafəsi xeyli məhdudlaşıb.

İddiaya görə, bu səbəbdən bəzi sürücülər işıqforun qırmızı işığını vaxtında görmədikləri üçün inzibati məsuliyyətə cəlb olunurlar. Onların sözlərinə əsasən, bu qayda pozuntusuna görə 3 cərimə balı və 100 manat məbləğində cərimə tətbiq edilib.

Sürücülər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını xahiş edirlər.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью