Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur VİDEO

03.07.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda yol nişanının görünməməsi ilə bağlı sürücülərdən biri videoçəkiliş apararaq görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Məsud Davudoğlu küçəsində qeydə alınıb. Belə ki, 3.28 "Durmaq qadağandır" yol nişanı ağacın arxasında quraşdırıldığından sürücülər onu vaxtında görə bilmirlər.

Bu vəziyyət sürücülərin istəmədən qayda pozuntusu törəmələrinə səbəb olur. Yol nişanlarının hər kəs tərəfindən aydın görünməsi yol hərəkətinin təhlükəsizliyi baxımından vacib şərtlərdən biridir.

"Yol hərəkəti haqqında" qanuna əsasən, yol nişanları hərəkət iştirakçıları tərəfindən vaxtında və maneəsiz görünəcək şəkildə quraşdırılmalıdır. Ağac, reklam lövhəsi və ya digər maneələr səbəbindən nişanın görünməməsi sürücülərin yol hərəkəti qaydalarını düzgün yerinə yetirməsinə mane ola bilər.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью