Ağacın aşması nəticəsində bağlanan ZəngilanMincivan magistral yolu FHNin müdaxiləsi ilə açılıb AZƏRTAC

12.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zəngilan rayonu Zəngilan-Mincivan yolunun 10-cu kilometrliyində irigövdəli ağacın aşması və nəticədə magistral yolun bağlanması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb ediliblər.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacın hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью