Ağacla döyülən qadın məhkəmədə ərini bağışladı

17.10.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Tacəddin (ad şərtidir – red.) fərdi yaşayış evinin həyətində həyat yoldaşı Zülfiyyə ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

İstintaq materiallarına əsasən, mübahisə zamanı kişi əvvəlcə yumruqla arvadının baş nahiyəsinə, daha sonra isə yerdən götürdüyü ağac parçası ilə onun sağ ayağının baldır nahiyəsinə zərbələr endirib.

Tacəddinə Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, həyat yoldaşının ondan şikayət və tələbinin olmadığını bildirib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью