Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Toy ənənəsi dünyanın hər yerində sevgi rəmzi sayılır.
“Qafqazinfo” xəbər verir ki, bəzi ölkələrdə bu mərasimlər fərqli adətlərlə keçirilir.
Məsələn, çinlilərin inancına görə, gəlin toy günündən bir ay öncə hər gün ağlamağa başlayır.
Bu, onun ailəsi ilə vidalaşması və gələcək həyatına hazırlıq kimi qəbul olunur.
Toy günü yaxınlaşdıqca gəlinin anası və bacıları da ona qoşulur. Bu ritual ölkənin əksər bölgələrində həyata keçirilir.
Hindistanda ad günü “uğursuz tarixə” tuş gələn qadınlar əvvəlcə müqəddəs bir ağacla evlənməli, sonra onu kəsməlidirlər.
Bu mərasimdən sonra onlar “bəd taledən təmizlənmiş” sayılır və əsl toya icazə verilir.
Doğum tarixinin uğurlu və ya uğursuz olmasına isə “pandit” adlı dini astroloqlar qərar verir.