Ağacları kəsdilər, hesabı 39 min manatı keçdi

14.08.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağacların kəsilməsi nəticəsində yaşıllıqlara 39 min manatdan çox ziyan vurulub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı ağacların kəsilməsi nəticəsində təbiətə 39 240 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dördpendirli pizza

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materialların Baş Prokurorluğa göndərilməsi hazırlanır.

Eyni zamanda, Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət ekoloji rəyi olmadan söküntü işlərinin aparılmasına görə torpaq sahəsinin mülkiyyətçisi Yusif Xudaverdiyev barəsində akt və protokol tərtib edilib, qanunamüvafiq tədbir görülüb.

Həmçinin kəsilmiş ağacların yerində yeni tinglərin əkilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.

Ərazidə layihələndirmə işləri aparılacağı təqdirdə sahənin yaşıllıq ərazisi kimi nəzərə alınması məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью