Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 33 min manata yaxın ziyan dəydi

09.10.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Xankəndi şəhərləri, Lənkəran və Şamaxı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində, Xankəndi şəhəri ərazisində, Lənkəran rayonu Havzava və Şamaxı rayonu Qaleybuğurd kəndlərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 32 950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Qeyd edilib ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью