Ağaclarla danışan dahi Onu nə üçün İslamı müdafiə etməkdə günahlandırırdılar? | Icma.az
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Bu gün fransız şair, yazıçı Alfonso de Lamartinin doğum günüdür.
Kulis.az bu münasibətlə müəllif haqqında maraqlı faktları təqdim edir.
Əsl adı Alfonso Marie Luis de Prat de Lamartin olan fransız şair, yazıçı, ictimai-siyasi xadim 21 oktyabr 1790-cı ildə Fransanın Burqundiya bölgəsində yerləşən Milli kəndində doğulub.
Lamartinin 1820-ci ildə nəşr olunan "Poetik düşüncələr" kitabı fransız ədəbiyyatına yeni nəfəs gətirmişdi.
Onun bu kitabında ağılın yerini emosiya, qaydaların yerini azadlıq alırdı. Lamartinin poeziyası hislərin təntənəsi ilə fərqlənirdi.
“Təbiət insanın içindəki Tanrıdır,” – o deyirdi. O, 1816-cı ilin avqustunda Borqet gölündə gəzintidə olarkən Elvira ilə tanış olmuşdu.
Evli olan Elviranın əsl adı Culia Çarlesdi. O, incə ruhlu, xəstə bir qadın idi.
Həmin görüş şairin bütün yaradıcılığını dəyişmişdi və o, bu qadına aşiq olmuşdu.
Tam oxu
Xəbəri oxu