Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktının elanını başa çatdırıb.
İttihama münasibət bildirən Ağadadaş Ağayev özünü təqsirli bilməyib.
O bildirib ki, buna görə çıxış etmək istəmir: "Mən bu işdən tamamilə narazıyam. Məntiqədən kənardır bu iş.
Dünya təcrübəsində belə bir şey olmayıb. Mən birindən kömək istəmişəm.
Bunu necə söyüşlə istəyə bilərəm?" Ağadadaş Ağayev hazırda özünü yaxşı hiss etmədiyini, ifadə verməyə hazır olmaldığını deyib.
Vəkili bildirib ki, əvvəlcə zərərçəkmiş şəxslər ifadə versin.
Dövlət ittihamçısı isə ilkin olaraq təqsirləndirilən şəxsin dindirilməsini təklif edib.