Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti sərbəst ifadə verib.
O, bildirib ki, həmin gün qəza keçirib və sözügedən hospitalda əməliyyat olunub: “Əməliyyatda qulağıma tikiş qoyuldu.
Sonra məni evə buraxdılar. Səhər saat 7-də ağrılarım başladı.
Eyvana çıxdım, qiyabi şəkildə tanıdığım hospitalın mühafizəçisindən vəziyyətimin ağır olduğunu və içəridən həkim çağırmağı xahiş etdim.
O, isə mənə “sən kimsən mənə əmr edirsən” deyərək təhqir etdi. Qapıma kimi gəldi. Onu oradan uzaqlaşdırdılar.
Yenidən qapıma gəldi və “kişisənsə, aşağı düş” deyərək təhqiramiz ifadələr işlətdi.