Ağadadaş Ağayev məhkəmədə ifadə verib AzPolitika onlayn siyasiictimai qəzet | Icma.az
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.APA xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti sərbəst ifadə verib.
Bildirib ki, həmin gün qəza keçirib və sözügedən hospitalda əməliyyat olunub: “Əməliyyatda qulağıma tikiş qoyuldu.
Sonra məni evə buraxdılar. Səhər saat 7-də ağrılarım başladı.
Eyvana çıxdım, qiyabi şəkildə tanıdığım hospitalın mühafizəçisinə vəziyyətimin ağır olduğunu dedim və içəridən həkim çağırmağı xahiş etdim.
O isə mənə “sən kimsən ki, mənə əmr edirsən” deyərək təhqir etdi. Qapıma kimi gəldi. Onu oradan uzaqlaşdırdılar.
Yenidən qapıma gəldi və “kişisənsə, aşağı düş” deyərək təhqiramiz ifadələr işlətdi.
Mən aşağı düşdüm, özümü müdafiə məqsədi ilə həyat-bacada işlədilən balaca baltanı götürdüm. Əgər onu vurmaq istəsəydim, qapımda vurardım.
Tam oxu
Xəbəri oxu