Ağadadaş Ağayev məhkəməyə etiraz etdi KONKRET | Icma.az
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən Ağadadaş Ağayev vəkillərin prosesə gecikməsinə görə məhkəməyə etiraz edib. Daha sonra prokuror ittiham aktını elan edib.
Xalq artisti özünü təqsirli bilməyib, ittiham aktını məntiqsiz adlandırıb və ifadə verməyə hazır olmadığını bildirib.
Onun vəkili Asim Abbasov müvəkkilinin ifadə verməyə hazır olmadığını deyib.
O, öncə zərərçəkən və şahidlərin, daha sonra Ağadadaş Ağayevin ifadə verməyini təklif edib və məhkəmədən vaxt istəyib.
Dövlət ittihamçısı və müdafiə tərəfi buna etiraz edib. Məhkəmə yerində müşavirə edərək təklifi qəbul etməyib.
Tam oxu
Xəbəri oxu