Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.
“MedEra Hospital”ın xadiməsi Xuraman Abbasova bildirib ki, 06-45 radələrində işə gəlib: "Səhər işimi görərkən Ağadadaş Ağayevin söyüş söydüyünü eşitdim.
Ağadadaş söyüş söyərək yaxınlaşırdı. Onun balta atmasının canlı şahidi oldum. Balta Nəzakət Paşayevanın ayağına dəydi.
Nəzakət xanım daha sonra baltanı yerdən götürərək gizlətdi".
Ağadadaş Ağayevin vəkili Asim Abbasov şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət oduğunu bildirib.
Şahidin ifadəsi Ağadadaş Ağayevi hiddətləndirib. Xalq artisti şahidə müraciət edib: "Siz deyirsiz, balta birbaşa Nəzakət xanıma dəydi, amma