Icma.az bildirir, Bakivaxti portalına istinadən. Bu gün, Binəqədi rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə - silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda
İş üzrə 2 zərərçəkmiş şəxs tanınıb.Bu şəxslər “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur.
Ötən prosesdə təqsirləndirilən Ağadadaş Ağayevin anket məlumatları dəqiqləşdirilib.
Bundan sonra onun müqavilə əsasında vəkili Asim Abdullayev olduğu müəyyən edilib.
Ağadadaş Ağayev ona dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. Deyib ki, müqavilə bağladığı vəkilin yardımından istifadə edir.
Hakim Ağadadaş Ağayevin dövlət hesabına təyin edilmiş vəkildən imtinasını qəbul edib.
Daha sonra zərərçəkmiş şəxslər və onların hüquqi nümayəndələri elan edilib. Onlara hüquqları izah olunub.