Ağadadaş Ağayevin balta atdığı mühafizəçinin istintaqı başa çatdı

03.12.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun da ibtidai istintaqı başa çatıb.

Modern.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

N.Cəlilova da 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Bu maddənin sanksiya həddində 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, insidentə görə cinayət işləri ayrı-ayrılıqda icraata götürülüb. Digər işdə Ağadadaş Ağayev müttəhimdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью