Ağadadaş ​Ağayevin balta atdığı xadimə bu milyarderin qohumu imiş

25.01.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Ötən il iyulun 23-də Xalq artisti Ağadadaş Ağayevin "MedEra Hospital"ın mühafizəçisi ilə əlbəyaxa dava zamanı atdığı baltadan xəsarət alan, klinikada xadimə işləyən Nəzakət Paşayeva məşhur iş adamının qohumudur.

Metbuat.az oxu.az-a istinadla xəbər verir ki, o, "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun doğma əmisi qızıdır.

Xatırladaq ki, Ağadadaş Ağayevin "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovla dava zamanı balta atması nəticəsində klinikada xadimə işləyən Nəzakət Paşayeva ayağından xəsarət alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью