Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyuldu

15.11.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq artisti Ağadadaş Ağayevin ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.

Axar.az Unikal-a istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar verilib

Qərara əsasən, Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin iddiası təmin edilib və müğənninin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub. Yalnız vergi borcları ödəndikdən sonra DVX həmin qadağanı aradan qaldıra bilər.

Qeyd edək ki, bu gün xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi də keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью