Ağadadaş Salyanski U 21 futbol millisinin heyətinə çağırıldı

20.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın U-21 futbol millisinin Avropa çempionatının seçmə mərhələsində qarşıdakı oyunlar üçün heyəti açıqlanıb.

İdman.Biz xəbər verir ki, komandaya dəvət alan futbolçular arasında Ağadadaş Salyanski də yer alıb.

U-21 millimiz sentyabrın 25-də evdə Çexiya, sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da isə yenidən doğma meydanda Cəbəllütariq yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırda “Araz-Naxçıvan”da çıxış edən Ağadadaş Salyanski 2026/27 mövsümündə Azərbaycan Premyer Liqasında üç oyunda 142 dəqiqə meydanda olub, iki qol vurub və bir məhsuldar ötürmə verib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью