Ağahüseynova Bakıdakı AGF Trophy nin mükafatçısı olub

30.03.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri başa çatmaq üzrədir.

İdman.biz xəbər verir ki, bu gün final yarışları keçirilir.

Yeniyetmələrin mübarizəsində Azərbaycan idmançısı Şəms Ağahüseynova topla hərəkətdə bürünc medal qazanıb. Ayla İbrahimova isə bu növdə altıncı olub.

Halqa ilə finalda Azadə Atakişiyeva dördüncü, Nur Sadıqova isə beşinci yeri tutub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью