Ağahüseynova bürünc medal qazanıb

04.05.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçirilən Avropa kuboku davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan gimnastı Şəms Ağahüseynova fəxri kürsüyə yüksəlib.

O, yeniyetmələrin yarışında lentlə hərəkətlərdə bürünc medal qazanıb.

Ağahüseynova çıxışına görə 24,400 xal toplayıb.

Bu yarışda qalib ukraynalı Lyubov Qoraşenko, gümüş mükafatçı isə polşalı Kseniya Jıjıx olublar.

Qeyd edək ki, Azərbaycan yığmasının hesabında artıq üç medal var. Daha əvvəl Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda qrup hərəkətlərində iki dəfə fəxri kürsüyə qalxıb. Qızlar üç top və iki halqa ilə çıxışda qızıl, çoxnövçülükdə isə bürünc medal qazanıblar.

Bakıda Avropa kuboku keçiriləcək Simonov Dünya kubokunun qalibi oldu Avropa kubokunun proqramı açıqlandı Gimnastlarımız gümüş medal qazanıblar Azərbaycan çempionatı və Bakı birinciliyinin vaxtı bəlli olub
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью