Ağakərimin oğlu: “Atamın görüntülərinin çəkilməsinə icazə verməmişəm”

06.10.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil Kərimoğlu atasının son günlər sosial şəbəkələrdə yayılan görüntülərinin etirazla qarşılanmasından danışıb.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, o, sözügedən videonun köhnə olduğunu bildirib:

“Mən heç kimə atamın görüntülərini çəkməsinə icazə verməmişəm. Həmin görüntülər də məndən icazəsiz çəkilib. Mənə də sözügedən videonu göndərirlər. Artıq hamıya deməkdən yorulmuşam ki, köhnədir. pizza hut

Televiziyada işləyirəm. İş yoldaşlarım da soruşurlar. Deyirəm ki, köhnə məlumatdır. Təzə nəsə olsa, ən birinci xəbəri mən özüm verəcəyəm”.

Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, 3 dəfə insult keçirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью