Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib

12.02.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sloveniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun dəvəti ilə Milli Məclisin deputatları - Azərbaycan-Sloveniya parlamentlərarası işçi qrupunun rəhbəri Ağalar Vəliyev və qrupun üzvü Heydər Əsədov fevralın 10-11-də Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər ediblər.

Modern.az xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin üzvlərinin Sloveniya Milli Assambleyasının Prezidenti Urşka Klakoçar Zupançiç, Baş nazirin müavini - xarici işlər naziri Tanya Fayon, Milli Assambleyanın  Xarici siyasət komitəsinin sədr müavini Duran Stoyanoviç, Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebela ilə görüşləri keçirilib.

Görüşlərdə  parlamentlərarası münasibətlər də daxil olmaqla, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın cari vəziyyəti yüksək dəyərləndirilib, son illər ərzində reallaşan parlament və hökumət nümayəndə heyətlərinin  səfərlərində əldə edilən razılaşmalardan məmnunluq ifadə olunub, qarşılıqlı əlaqələrin şaxələndirilməsi və inkişafı perspektivləri ətrafında faydalı müzakirələr aparılıb.

{gallery}

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью