Ağalıda 5 ci Bilik Günü qeyd edilib VİDEO

15.09.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zəngilan rayonunun Ağalı kəndində Bilik Günü keçirilib.

Avtosfer.az xəbər verir ki, Ağalı kənd məktəbdə bu il 28 uşaq birinci sinifə qədəm qoyacaq. Onların arasında Zəngilan rayonu Ağalı, Məmmədbəyli kəndlərinin sakinlərinin övladları var.

Bu yaxınlarda Zəngilan şəhərinə köç baş tutub. Oradan da uşaqlar müvəqqəti olaraq Ağalı kəndi məktəbinə gətirilir. Bu il 14 nəfər 11-ci sinfə keçib, 28 nəfər isə 1-ci sinifdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarının şagirdlərə arzuları və bu il məktəbə qədəm qoyan birincilərin şeirləri dinlənilib. Tədbirdə Şərqi Zəngəzur Təhsil İdarəsinin əməkdaşı, qazilər, ağsaqqallar, kənd və rayonun digər ərazilərinin sakinləri iştirak edir.

Tədbirin təhlükəsizliyini Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları təmin edib.

Səfər

bax.tvhttps://player.bax.tv/embed/227008.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью