Ağalıda 8 noyabr Zəfər Günü qeyd olunub FOTO

09.11.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8 noyabr Zəfər Günü münasibətilə Zəngilan rayonunun Ağalı kəndində bayram konserti keçirilib.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Bayram şənliyində Ağalı kəndinin sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və ailə üzvləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib.








Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью