Ağalıda Zəfər Günü qeyd olunub

08.11.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

8 Noyabr Zəfər Günü münasibətilə Zəngilan rayonunun Ağalı kəndində bayram konserti keçirilib.

Bu barədə Missiya.Az-a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bayram şənliyində Ağalı kəndinin sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak edib.

Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью