Ağamirzə: Biz də ailəsi vasitəsilə ondan xəbər tuturuq

21.04.2026

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Bu gün həbsdə olan Rəşad Dağlının doğum günüdür. Bu münasibətlə həmkarları onu sosial şəbəkələrdə təbrik ediblər. 

Meyxanaçı Ağamirzə Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, o da həmkarını sosial şəbəkə vasitəsilə təbrik edib: 

"Hamı kimi mən də onu təbrik etdim. Allah qapısını açsın. Artıq üçüncü ildir ki, Rəşad Dağlı doğum gününü həbsxanada keçirir. Onun doğum günündə ailə üzvləri yanına gedir. Biz də onların vasitəsilə Rəşaddan xəbər tuturuq".

Qeyd edək ki, 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçı tanışını qətlə yetirməkdə təqsirli bilinib.

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью