Ağanəzər Astanada çempion oldu

30.11.2024

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanın paytaxtı Astanada sərbəst güləş üzrə "Güləş ulduzları liqası" yarışı keçirilib.

"Football-plus.az" xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Ağanəzər Novruzov (74 kq) təmsil edib.
O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz əvvəlcə qazaxıstanlı Kanat Mussabekovu 3:1 hesabı ilə məğlub edib. Novruzov daha sonra rusiyalı Anzor Zakuyevi üstələyib - 2:1. Ağanəzər finalda isə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabı ilə məğlub edərək, qızıla sahib olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью