Ağar: Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü Video

09.10.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hadrut qəsəbəsi hər Azərbaycan əsgərinin və hər türkün ürəyində son dərəcə özəl yeri və önəmi olan bir döyüş idi. Həm çox çətin, həm də çox asan idi.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar Hadrutun azad edilməsinin 6-cı il dönümü ilə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, Hadrut qəsəbəsi ermənilər üçün çox əhəmiyyətli idi:

“Xüsusilə, Azərbaycan xüsusi təyinatlıları ilə erməni xüsusi təyinatlıları arasında iradə, güc üstünlüyünü ələ keçirmək uğrunda Cəbrayıl düzündə aparılan döyüşlər. Və döyüşlərdən sonra Cəbrayılın azad edilməsi çox önəmli idi. Maraqlıdır ki, Hadrutun azad olunması Cəbrayıldan sonra baş verdi. Normalda hər kəs Füzulini gözləyirdi. Bütün qlobal miqyasda “Füzuli ələ keçirilmədi” deyə, qışqırıq salırdılar, bəzi dövlət başçıları var idi ki, Azərbaycanı lağa qoyurdu.

7 oktyabrda Hadruta daxil olundu. Hadrutla bağlı ən önəmli məsələ oraya daxil olan zaman edilən qəhrəmanlıqdır. Çünki orada Azərbaycan xüsusi təyinatlılarının qəhrəman övladları böyük və çətin mübarizənin içində idilər. Hadrutun işğaldan azad olunması bütün Qarabağa təsir edəcək çox önəmli bir hadisədir. Erməni silahlı bölmələrinin əsas qərargahı Hadrudda yerləşirdi.

Onu da qeyd edim ki, Hadrut qəsəbəsi coğrafi baxımdan da çətin ərazidir. Üstəlik, müharibənin şiddəti ilə birlikdə, Azərbaycan Ordusu çətinliklərlə də qarşı-qarşıya idi. Bu əməliyyatı Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri çox gözəl şəkildə planlayaraq və icra edərək həyata keçirdi. Hadrutdakı erməni birləşmələri ilə müqayisədə kiçik birləşmələrlə strateji basqın etdi. Və bu basqın uğurlu oldu. O basqını həyata keçirənlərin nələr yaşadıqlarını anlamaq lazımdır. Qərargaha basqın edilir, erməni birlikləri arasında qarışıqlıq yaranır, hər kəs bir-birinə atəş açır. Sonra qaçış başlayır və qaçarkən bir-birini də əzirlər. Hadrutun alınması ilə ermənilərin əlində olan kozır da alınır. Hadrut ermənilər üçün çox önəmli idi. Çünki onlar üçün bura çox özəl bir yerdir. Zatən Hadrutun alınmasına inanmırdılar. Hətta Ermənistan Baş naziri Nikol Paşinyan da şoka düşmüşdü”.

Ekspert qeyd edib ki, Hadrutun azad edilməsi Şuşanın yolunu açdı:

“Hadrutdan sonra Tuğ kəndinə yol açıldı. Bu yol Şuşaya gedirdi. Bizim zəfərə gedən yolumuz əslində Hadrutdan başlamışdı. Hadrut, Tuğ, Zəfər yolu və Şuşa əməliyyatı və bayrağın mərkəzə sancılması. Bəli, Ermənistanın iradəsinin qırılma, xəyallarının yox olması baxımdan Şuşa çox önəmlidir, lakin Hadrutun azad olunması Şuşaya gedən yol idi. Hadrutda aparılan əməliyyat hərb tarixində çox nadir görülən böyük bir qəhrəmanlıq dastanıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью