Ağartı bazarı üzərində qara kölgələr | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məhsul artımı aşağıdır, keyfiyyət isə yüksək deyil Azərbaycanda həyata keçirilən məqsədyönlü aqrar siyasət nəticəsində son illər ölkənin kənd təsərrüfatında müəyyən uğurlar əldə edilib.
Yeni təsərrüfatçılıq modelləri tətbiq edilməklə heyvanların cins tərkibi yaxşılaşdırılıb, məhsuldarlıq artırılıb, heyvan mənşəli məhsulların istehsal həcmi çoxalıb, yem ehtiyatlarının yaradılması istiqamətində müəyyən layihələr reallaşdırılıb, örüş və otlaq sahələrindən səmərəli istifadəyə nəzarət gücləndirilib.
Bütün bunlar heyvandarlıq və süd istehsalında müsbət trendlərin mövcud olmasını deməyə əsas verir.
Statistik göstəricilərdə istehsalda nəzərəçarpan artımı – illik və qısamüddətli dövrlərdə süd hasilatında canlanma təsdiqləyir.
Lakin yerli istehsal hələ daxili bazarı tam təmin etmir, idxal həcmində artım, istehlak normativlərinin aşağı düşməsi, emalda azalma, satış problemləri kimi amillər qarşıya qoyulan vəzifələrin gerçəkləşdirilməsini çətinləşdirir.
Mütəxəssislərin fikrincə, sadalanan çətinlikləri aradan qaldırmaq üçün strateji investisiyalar, infrastruktur, emal sahələrində yenilikçi yanaşmalar zəruridir.
Fermerlər üçün əlverişli şəraitin yaxşılaşdırılması, otlaq və yem resursları istifadəsinin optimallaşdırılması, emal sənayesinə dəstək və bazar yönümlü keyfiyyət siyasəti respublikamızda süd sektorunu yeni səviyyəyə qaldıra bilər.
Tam oxu
Xəbəri oxu