Ağasəlim Mircavadov: Avropanın top klublarından biri Azərbaycandadı

22.01.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Avropanın top klublarından biri Azərbaycandadı. Komanda bunu öz oyunu və inkişaf qrafiki ilə əldə edib. Təmsilçimiz hələ dünən az qol vurdu. Epizodlarımız Almaniya klubuna nisbətən çox idi". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasından Almaniyanın "Ayntraxt" komandasına qalib gəlməsi ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibin birinci qol epizodunda müdafiəçilərimiz mövqe səhvi etdi. Avrokubok matçlarında belə xətaya yol vermək olmaz. Zərbə elə də güclü deyildi, amma dəqiq alındı. Bu səhv istisna, qalan dəqiqələrdə müdafiəçilər ağıllı oynadı. Rəqibin penalti epizodundan əvvəl Kamillo Duranı yıxdılar və həmin epizodda hakim davam işarəsi verdi, "Ayntraxt" əks-hücumda penalti zərbəsi qazandı. Bizim futbolçuya təmas daha güclü idi, nəinki rəqibin. Hakim VAR-a qulaq asmadı, penalti verdi. Komandamız xarakter göstərdi. Pley-offa "Qarabağ"la yanaşı bir neçə komandanın şansı var. Ağdam təmsilçisi "Liverpul"la səfərdə ağıllı futbol oynamalıdır. Mənə elə gəlir ki, komandamız pley-offa vəsiqə qazanacaq. "Ayntraxt"la matçda "Qarabağ" öz taleyini həll elədi".
Qeyd edək ki, "Qarabağ" ötən Almaniya klubunu 3:2 hesabı ilə məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью