Icma.az bildirir, sport24.az portalına istinadən.
"Başqa ölkələrdə avrokuboklarda oyunun olsa belə çempionat matçı təxirə salınmır. Biz isə hələ həmin səviyyəyə çatmamışıq". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasındakı oyununun təxirə salınması üçün "Neftçi"nin "Qarabağ"ın təkifinə müsbət yanaşmamasına münasibət bildirib:
"Bizdə bu təcrübə dəfələrlə olub. Avrokuboklarda oynayan komandalarımıza digər klublar kömək edib, matçı təxirə salıb. Bu, olmalıdır. "Qarabağ" istəyir ki, "Neftçi" ilə oynamasın, həftəlik hazırlıq keçsin. "Neftçi" səhv qərar verib. Klublar bir-birinə kömək etmək istəmirsə, o başqa məsələ. Belədirsə, deyiləsi söz yoxdur. Ola bilər ki, qərar rəhbərlik tərəfindən verilib. Şəxsən mən razı olardım. İstər "Qarabağ" olsun, istər "Sabah", İstər də "Zirə". Bu mövsümün ilk turunda "Sabah" "Qarabağ" oyunu avrokuboklara görə təxirə salınmışdı".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu fevralın 18-də Bakı "Nyukasl"a qarşı keçirəcək. Ağdamlılar fevralın 21-də "Neftçi" ilə, 24-də İngiltərədə "Nyukasl"la üz-üzə gələcək.