Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "İnanıram ki, gərgin və maraqlı matç görəcəyik".
Bunu İdman.biz-ə futbol məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXXI turunda baş tutacaq “Qarabağ”
O bildirib ki, bu oyunda komandalar xal üçün mübarizə aparmır: "Qarabağ" artıq çempionluğu təmin edib.
"Neftçi" də dördüncü yer uğrunda mübarizə aparacaq qədər güclü deyil. Hazırda onlar Azərbaycan kubokuna kökləniblər.
İstənilən halda, çempionatı normal oynamaq lazımdır ki, kuboku da normal oynayasan. Nəticəyə gəldikdə, "Qarabağ" üstün olacaq.
Bunun söhbəti yoxdur. Hər iki klub aprelin 23-də Azərbaycan kubokunu oynayacaqlar. Ola bilər ki, bəzi futbolçular bu matçı buraxsınlar.
Ancaq istərdim ki, kimlər meydana çıxacaqsa, yaxşı oyun nümayiş etdirsinlər".
Mircavadov Azərbaycan derbisinin özünəməxsus yeri olduğunu vurğulayıb: "1992-ci ildən bu günə kimi "Qarabağ" - "Neftçi" oyunu derbi sayılır və gərgin keçir.