Ağasəlim Mircavadov: Sabah rəhbərliyi onu dəvət edibsə...

26.11.2024

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Krunoslav Renduliçi istefaya göndərən "Sabah"ın sükanı rusiyalı mütəxəssis Vasili Berezutskiyə tapşırılıb. 42 yaşlı məşqçi ilə 2,5 illik müqavilə imzalanıb.

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov təyinatla bağlı Sport24.az-a açıqlama verib:

Oyunçu kimi Vasili Berezutskini yaxşı tanıyıram. Rusiya yığmasında çıxış edib, MOİK-in əsas futbolçularından olub. Vasili həmişə ikinci məşqçi kimi işləyib. "Sabah" rəhbərliyi onu dəvət edibsə, deməli səbəb var. Heç vaxt baş məşqçi işləmədiyindən işi haqqında bir söz deyə bilmərəm. İşləyər, görərik. Seçimin uğurlu və ya uğursuz olmağı klubun daxili işidir. "Sabah" yaranandan hər il yeni baş məşqçi gətirir. Xüsusilə də əcnəbi. Belə olmaz. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью