Ağasəlim Mircavadov “Sabah”ın “Barselona”ya qarşı taktikasını açıqladı

24.11.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah” öz oyununu nümayiş etdirməlidir. Gənc klubdur, hələ dünyada tanınmır. “Barselona” isə dünya nəhəngidir. Baxımlı futbol oynayırlar və topla nə etdiklərini yaxşı bilirlər. Azarkeşlərimiz “Sabah”a dəstək göstərməlidir”.

Bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadov UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Bakıda “Barselona” ilə üz-üzə gələcək “Sabah”ın şanslarını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis təmsilçimizin oyun üslubundan, rəqibə qarşı tətbiq edilməli taktikadan və Lamin Yamalın Bakıya gəlməməsindən söz açıb.

“Borussiya Dortmund”la matçdakı oyun üslubunu ortaya qoymaq lazımdır. Bunu bacarsaq, “Barselona”ya qarşı da qol vəziyyətləri yaratmaq olar. Təbii ki, epizodlardan da doğru istifadə etmək lazımdır. Rəqibdən qorxmaq, çəkinmək lazım deyil. Həmçinin müdafiədə də çox vaxt keçirmək olmaz. Çünki belə olduqda qapımızda qol vəziyyətləri yarana bilər. “Barselona” rəqibi çox vaxt topsuz qoyur. Ona görə də çalışmaq lazımdır ki, “Barselona”nı topsuz qoyaq.

Lamin Yamal gəlmir. Bu da müsbət haldır. Keyfiyyətli oyunçudur, qol vəziyyətləri yaradan ulduzdur. Komandamızın bu cür rəqibi Bakıya gətirməsi böyük hadisədir. “Sabah”a uğurlar arzulayıram”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla turnir cədvəlinin beşinci, “Sabah” isə üç xalla 31-ci pilləsində qərarlaşıb. Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də start götürəcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью